Sərbəst güləşçilərimizdən "Kazan-2021"də 7 medal

 21:36 04.09.2021     110

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında sərbəst güləş yarışlarına yekun vurulub.

Redaktor.az xəbər verir ki, ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) təmsil ediblər.

Ə.Aşırov, A.Abakarov və O.Nurməhəmmədov çempion olublar. İ.İlyasov və A.Əhmədov ikinci, Ə.Rzazadə və S.Cəfərov isə üçüncü yeri tutublar.

Beləliklə, millimiz yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

Yunan-Roma güləşi üzrə millimiz birinci MDB Oyunlarında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Qadın güləşçilərimiz isə 1 gümüş və 2 bürünc mükafata sahib olublar. //AZƏRTAC