Azərbaycan - Portuqaliya oyununun hakimləri AÇIQLANDI

 14:03 05.09.2021     320

Azərbaycan və Portuqaliya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.

A qrupu

7 sentyabr, saat 20:00, Bakı (Bakı Olimpiya Stadionu)
Azərbaycan - Portuqaliya

Baş hakim: Marko Quida (İtaliya)
Baş hakimin köməkçiləri: Filippo Meli (İtaliya), Alessandro Kostanzo (İtaliya).
Dördüncü hakim: Fabio Mareska (İtaliya).