"Fənərbağça" portuqaliyalı yarımmüdafiəçini heyətinə qatdı

 17:43 06.09.2021     460

Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, klub portuqaliyalı yarımmüdafiəçi Migel Krespo ilə anlaşıb.

25 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Migel Krespo son olaraq Portuqaliyada "Eştoril"in formasını geyinib. //Report