MDB Oyunları: Azərbaycan 23-cü medalını qazandı

 18:23 06.09.2021     114

MDB Oyunlarında iştirak edən Azərbaycan koreşçisi Əlisəftər Məmmədli gümüş medal qazanıb.

Redaktor.az xəbər verir ki, 85 kq çəki dərəcəsində yer alan Məmmədli finalda Rusiya təmsilçisi Vadim Vasilyevə uduzub.

Bu, Azərbaycanın 23-cü medalı olub. Onlardan 6-sı qızıl, 5-i gümüş, 12-si bürünc əyarlıdır. //Report