Azərbaycan komandası bürünc medal qazandı - MDB Oyunları

 18:55 06.09.2021     114

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

Redaktor.az-ın məlumatına görə, basketbolun 3X3 növündə çıxış edən milli komanda bürünc medala sahib olub. Yarımfinalda Rusiyaya 17:21 hesabı ilə uduzan baş məşqçi Samit Nuruzadənin komandası 3-cü yer uğrunda görüşdə Özbəkistan üzərində qələbə qazanıb - 14:13.

Bununla da Azərbaycanın qazandığı medalların sayı 26-ya yüksəlib. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc əyarlıdır. //Report.az