"Qələbə üçün hər şeyi edəcəyik" - Namik Ələskərov

"Portuqaliyanın gücünü bilirik. Amma biz də qələbə üçün hər şeyi edəcəyik. Matça yaxşı hazırlaşmışıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".
Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.