Qvineyaya gedən “Liverpul”un futbolçusu geri qayıda bilmir

 20:57 06.09.2021     87

“Liverpul”da çıxış edən Qvineya yığmasının futbolçusu Nabi Keyta ölkəsində dövlət çevrilişi səbəbindən sərhədlərin bağlandığı üçün geri qayıda bilmir.

Redaktor.az-ın məlumatına görə, hazırda futbolçu təhlükəsiz yerdədir və onunla daimi əlaqə saxlanılır.

Qeyd edək ki, Keita Qvineya millisinin Mərakeşlə oyunu üçün öz ölkəsinə gedib.

“Liverpul” Keytanın İngiltərəyə qayıdışını təmin etmək üçün danışıqlar aparır. //Oxu.az