"Sabah" futbolçu seçimləri üçün elan verdi

 00:51 07.09.2021     356

Kişi voleybolçulardan ibarət Türkiyə yığması Avropa çempionatında növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Nedim Özbeyin çalışdırdığı kollektiv C qrupunun dördüncü turunda Niderlandla üz-üzə gəlib.

Matçın ilk setini aktivinə yazan "ay-ulduzlular sonrakı hissələrdə uğursuzluqla üzləşib - 1:3 (25:22, 25:27, 25:27, 23:25).

Bu, Türkiyə voleybolçularının yarışda ilk məğlubiyyəti olub. Komanda əvvəlki turlarda müvafiq olaraq Rusiya, İspaniya və Şimali Makedoniya yığmalarını üstələyib. 

Hazırda qrupda ikinci sırada olan və pley-offa vəsiqəni təmin edən "ay-ulduzlular" son turda Finlandiya ilə qarşılaşacaq

Qeyd edək ki, Polşa, Çexiya, Estoniya və Finlandiyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 19-da yekun vurulacaq. //Fanat.az