Paralimpiyaçılarımızın son qrupu Bakıya qayıtdı

 11:29 07.09.2021     107

Tokio-2020 Yay Paralimpiya Oyunlarında uğur qazanan Azərbaycan yığması vətənə qayıdıb.

Redaktor.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda bu gün idmançıların sonuncu qrupunun qarşılanma mərasimi keçirilib.

Bu dəfə 5 paralimpiyaçımız Bakıya qayıdıb. Onlar arasında paraatletikada qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva da yer alıb.

Bu paralimpiyaçıların qarşılanma mərasimində idman ictimaiyyəti və onların yaxınları ilə yanaşı, Azərbaycana daha tez qayıdan yığma üzvləri də iştirak ediblər.

Qeyd edək ki, yığmamız Tokio-2020-də 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. //Apasport