"Mercedes" britaniyalı pilotu heyətinə qatır - "Formula 1"

 13:33 07.09.2021     207

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Uilyams"ın pilotu Corc Rassell komandasını dəyişir.

Redaktor.az xəbər verir ki, 23 yaşlı britaniyalı sürücü cari mövsümün sonunda "Mercedes"ə keçəcək.

O, Almaniya təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl "Mercedes"in pilotu Valtteri Bottas "Alfa Romeo"ya keçib. //Report