Ermənistanı məğlub etdik! - MDB Oyunları

 22:37 07.09.2021     265

Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB oyunlarında ilk görüşlərini keçirib.

Redaktor.az xəbər verir ki, birinci oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığma ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.

Komanda 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib.

Milli dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərinə sabah çıxacaq. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığma son turda Qazaxıstanla üz-üzə gələcək. Sabah həmçinin qaliblər müəyyənləşəcək. //Report