AFFA rəsmisi Avropa Liqası oyununa təyinat aldı

 00:20 08.09.2021     378

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti dəfə təyinat alıb.

Redaktor.az-ın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Marsel” (Fransa) oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Rusiyanın paytaxtı Moskvadakı “Lokomotiv” stadionda baş tutacaq.