Niderlanddan Türkiyəyə 6 qol - - VİDEO

 02:30 08.09.2021     104

Futbol üzrə Türkiyə milli komandası DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VI turunda meydana çıxıb.

Redaktor.az xəbər verir ki, Şenol Günəşin yetirmələri II dövrəyə Niderlandda start verib. İlk 5 qarşılaşmada uduzmayan “ay-ulduzlular” bu dəfə azarkeşlərini məyus edib.

Bu görüşədək 11 xalla G qrupunun lideri olan Türkiyə yığması artıq ilk 45 dəqiqədə üç cavabsız top buraxıb. Devi Klassen 1-ci, Memfis Depay 16-cı və 38-ci dəqiqələrdə fərqlənib. Fasilə ərəfəsində qırmızı vərəqə alan Çağlar Söyünçü komandasını azlıqda qoyub.

İkinci hissə də meydan sahiblərinin üstünlüyü ilə keçib. Depay het-trikini rəsmiləşdirib – 4:0. Matçın sonlarında isə Quus Til və Donyel Malen darmadağını 6:0-a çatdırıb. Çengiz Ündərin uzatma dəqiqələrindəki qolu isə yalnız təsəlli xarakteri daşıyıb – 1:6.

Qrupun digər oyunlarında Norveç Cəbəllütariqi (5:1), Monteneqro Latviyanı qəbul edib. Bu nəticələrdən sonra Niderlandla Norveç 13 xalla liderliyi bölüşür. 3-cü olan Türkiyə yığması onlardan iki xal geri qalır. //Apasport