"Fənərbağça" yeni transferini icarəyə verdi

 18:29 08.09.2021     111

Türkiyənin "Fənərbağça" klubu yeni transferi Stiven Kokeri "Qaziantep"ə icarəyə verib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Qaziantep təmsilçisinin prezidenti Cevdat Akınal "Ajanspor"a açıqlamasında deyib. O, ingiltərəli müdafiəçi ilə anlaşdıqlarını və bu keçid üçün İstanbul klubuna hər hansı məbləğ ödənilməyəcəyini bildirib.

Qeyd edək ki, 30 yaşlı arxa xətt oyunçusu "Fənərbağça"ya bu yay pəncərəsində "Alanyaspor"dan transfer olunub. //Report