Azərbaycan növbəti medalını qazanıb - MDB Oyunları

 19:57 08.09.2021     349

Azərbaycan tayboksçusu Rəvan Ağazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Redaktor.az-ın məlumatına görə, 67 kq-da çıxış edən idmançı qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençiklə qüvvəsini sınayıb.

Rəqibinə məğlub olan Ağazadə ikinci yeri tutub. //Report