Bu komanda 25 ildən sonra ilk dəfə oyunda əvəzləmə etmədi

 10:08 09.09.2021     81

DÇ-2022-nin seçmə mərhələsində Polşanın qonağı olan İngiltərə millisi 1:1 hesablı bərabərliyə imza atıb.

Redaktor.az xəbər verir ki, ingilislərin baş məşqçisi Qaret Sautqeyt matç ərzində dəyişikliyə əl atmayıb.

Maraqlıdır ki, bu, ingilislərin tarixində 25 ildən sonra ilk belə hadisədir. “Dumanlı Albion” təmsilçisi sonuncu dəfə AVRO-1996-nın Almaniya ilə yarımfinal (1:1, penaltilərlə 5:6) görüşündə əvəzləməyə ehtiyac duymamışdı.

Sautqeyt ehtiyat qüvvəyə şans verməməsinin səbəbini də açıqlayıb: “Qrupumuzun ən çətin matçı idi. İkinci hissədə oyuna tam nəzarət edirdik. Belə olmasaydı, əvəzləməyə əl atardım”.