Türkiyə son Avropa çempionuna rəqib oldu

 16:38 09.09.2021     108

Kişi voleybolçulardan ibarət Türkiyə yığması Avropa çempionatının qrup mərhələsində son oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Nedim Özbeyin çalışdırdığı kollektiv C qrupunun beşinci turunda Finlandiya seçməsi ilə üz-üzə gəlib. Tamperedə keçirilən matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Məğlubiyyətə baxmayaraq, "ay-ulduzlular"ın mövqeyi dəyişməyib. Türkiyə millisi 10 xalla qrup üçüncüsü kimi 1/8 finala adlayıb. Burada onlar A qrupunda ikinci yeri tutan son Avropa çempionu Serbiya ilə münasibətləri aydınlaşdıracaq. Görüş sentyabrın 12-də baş tutacaq.

Xatırladaq ki, qrup mərhələsində Rusiya və İspaniyanı 3:1, Şimali Makedoniyanı isə 3:0 hesabı ilə üstələyən "ay-ulduzlular" dördüncü turda Niderlanda 1:3 uduzmuşdu

Qeyd edək ki, Polşa, Çexiya, Estoniya və Finlandiyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 19-da yekun vurulacaq. //Fanat.az