Millimiz 8 qol buraxdı - MDB oyunları

 20:41 09.09.2021     170

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi I MDB oyunları çərçivəsində bu gün növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Qırğızıstanla qarşılaşan futzalçılarımız bu dəfə də görüşdən böyük hesablı məğlubiyyətlə ayrılıblar - 3:8.

Beləliklə, Belarus və Qırğızıstanla birgə B qrupunda yer alan U-19 sonuncu yeri tutub. Ağatahir Əzimovun rəhbərlik etdiyi kollektiv sabah yarış sonuncusu olmamaq üçün həlledici matça çıxacaq. Digər qrupun sonuncusu bu gün keçiriləcək Özbəkistan - Moldova görüşündə müəyyənləşəcək. 19 yaşlılarımız digər qrupun 3-cüsü ilə sabah saat 13:00-da üz-üzə gələcək.

Qeyd edək ki, U-19 ilk oyunda Belarusa 0:6 hesabı ilə uduzmuşdu. //Fanat.az