"Belə dünya çempionatı heç vaxt olmayacaq" - UEFA prezidentindən ETİRAZ

 23:44 09.09.2021     245

UEFA dünya çempionatının hər iki ildən bir keçiriləcəyi təqdirdə bu turniri boykot edə bilər.

Redaktor.az "ESPN"yə istinadən xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin deyib.

"Belə dünya çempionatı ilə uğurlar. Düşünürəm ki, bu heç vaxt olmayacaq, çünki bu, futbolun əsas prinsiplərinə ziddir. Aylıq turnir oyunçuların "qatili" olacaq" - A.Çeferin bildirib.

UEFA-nın rəhbəri əlavə edib ki, dünya çempionatının dəyəri azarkeşlərin onu nadir bir turnir kimi gözləmələrindən irəli gəlir.