Argentina millisindən darmadağın: Messi het-trik etdi

 09:29 10.09.2021     468

Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Argentina və Boliviya millilərinin oyunu baş tutub.

Redaktor.az xəbər verir ki, oyun Argentinanın 3:0 qələbəsi ilə yekunlaşıb. Oyundakı bütün qolları Lionel Messi vurub.

Qeyd edək ki, Argentina yığması 8 oyundan sonra 18 xalla ikinci pillədə qərarlaşıb. Qrupda 24 xalı olan Braziliya millisi liderlik edir.

Vumart və Güvən reklamı Vumart Güvən