Türkiyə millisi Okan Buruka tapşırıldı

Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub.
Redaktor.az yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası Okan Burukla anlaşıb.
48 yaşlı mütəxəssis bu postda istefaya göndərilmiş Şenol Güneşi əvəzləyəcək.
Qeyd edək ki, Okan Buruk 2019/2020 mövsümündə "Başakşehir"lə Türkiyə Super Liqasının qalibi olub.