"Mançester Siti"nin futbolçusu 2022-ci ilədək həbsdə qalacaq

 19:14 10.09.2021     134

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Benjamin Mendi 2022-ci il yanvarın 24-dək həbs qalacaq.

Redaktor.az xəbər verir ki, məhkəmə 4 qıza təcavüz etməkdə ittiham olunan 27 yaşlı müdafiəçinin həbsinin davam etdirilməsinə qərar verib.

"Şəhərlilər" daha əvvəl oyunçunu məşqlərdən kənarlaşdırıb. Bundan əlavə, İngiltərə klubu işin sonunadək məsələ ilə bağlı şərh verə bilməz.

Qeyd edək ki, Benjamin Mendi 2017-ci ildən "Mançester Siti"də çıxış edir. //Report