Azərbaycan yığmasının final görüşü zamanı işıqlar söndü - MDB Oyunları

 19:47 10.09.2021     210

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında yarış vaxtı zalda işıq sönüb.

Redaktor.az xəbər verir ki, hadisə "Ak Bars Arena"da cüdo üzrə komanda mübarizəsində Azərbaycan və Özbəkistan arasındakı final görüşünə təsadüf edib.

63 kq çəki dərəcəsində Diana Şoranovanın Şukurcon Aminova ilə qarşılaşmasının gedişində bütün arenaya ani qaranlıq çöküb. Tezliklə generator işə düşüb və bir müddət sonra zalın işıqları tam bərpa olunub.

Qeyd edək ki, Azərbaycan Özbəkistana 3:5 hesabı ilə uduzaraq, gümüş medala sahib olub. //Report