III turun digər iki matçı üçün hakimlər açıqlandı - Premyer Liqa

 13:34 11.09.2021     79

Azərbaycan Premyer Liqasında III turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb.

Redaktor.az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb.

12 sentyabr

18:00. “Səbail” – “Sumqayıt”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“ASCO Arena”.

20:30. “Neftçi” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bakcell Arena”.