Azərbaycan karateçiləri yarışı 8 medalla başa vurdu - MDB Oyunları

 16:50 11.09.2021     103

Azərbaycan karateçisi Osman Osmanlı Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Redaktor.az-ın məlumatına görə, 84 kq-dan yuxarı çəkidə yarışan idmançı Qazaxıstan təmsilçisi Spandiyar Yerkebeklə qarşılaşıb.

Rəqibinə 1:4 hesabı ilə uduzan Osmanlı gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan karateçiləri yarışı 8 medalla başa vurublar.

Qeyd edək ki, hazırda aktivində 14 qızıl, 13 gümüş və 28 bürünc medal olan Azərbaycan 4-cü pillədə qərarlaşıb. Bununla da yığmanın I MDB Oyunlarının medal sıralamasında ilk "3-lük"dən kənarda qalacağı rəsmiləşib. Çünki hazırda 3-cü sırada yer alan Qazaxıstan komandası 17 qızıl, 34 gümüş və 51 bürünc medal qazanıb. //Report