Azərbaycan badmintonçusu qızıl medal qazandı - MDB Oyunları

Azərbaycan badmintonçusu Diki Pangestu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlanların fərdi yarışında final görüşünə çıxıb.
Redaktor.az-ın məlumatına görə, o, finalda qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gəlib.
Qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi rəqibinə finalda da qalib gələn Pangestu qızıl medal qazanıb. //Report