Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

 21:25 11.09.2021     110

“Mançester Yunayted”ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub.

Redaktor.az xəbər verir ki, İngiltərə Premyer Liqasının dördüncü turunda evdə “Nyukasl”ı qəbul edən “qırmızı şeytanlar” 4:1 hesablı qələbə qazanıblar.

Ronaldu birinci qolunu ilk hissəyə əlavə edilmiş dəqiqədə vurub. Ulduz futbolçu növbəti dəfə oyunun 62-ci dəqiqəsində fərqlənib.

Bu qələbə ilə xalını 10-a yüksəldən “qırmızı şeytanlar” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. //Oxu.az