Səbail" "Sumqayıt"ı məğlub etdi - Premyer Liqa

 20:01 12.09.2021     106

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, günün ilk matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.

"ASCO Arena"da oynanılan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 64-cü dəqiqədə Cabir Əmirli "Səbail"ə qələbə qazandırıb. Beləliklə, "gənclik şəhəri" təmsilçisi cari mövsüm çempionatda ilk məğlubiyyətini alıb.

3 turdan sonra hər iki komanda 6 xal toplayıb və müvəqqəti də olsa, 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun digər oyunlarında "Zirə" səfərdə "Keşlə"ni, "Qəbələ" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib. Tura saat 20:30-da başlayacaq "Neftçi" - "Qarabağ" görüşü ilə yekun vurulacaq. //Report