"Səbail"in baş məşqçisi: "Sevinməyə vaxtımız yoxdur"

 21:13 12.09.2021     106

"Bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Yurgen Qoxa ağrılarla oynayırdı, Cabir Əmirli isə dünən məşq etməmişdi".

Redaktor.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis itlilərə rəğmən yaxşı oynadıqlarını bildirib: "Sumqayıt"ı da təbrik etmək istəyirəm. Ayxan Abbasov böyük iş görüb. Bu gün onları asanlıqla məğlub etmək mümkün deyil. Çox güc sərf etdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu 3 xalı itirə də bilərdik. "Sumqayıt"ın qapımızda qol epizodları oldu. Amma ümumən topu özümüzdə yaxşı saxlaya bildik. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün irəli baxmalıyıq. Bu gün vacib 3 xal qazandıq. Sevinməyə çox vaxtımız yoxdu. Çətin Qəbələ səfərimiz var. "Qəbələ" də oyunu ilə göstərdi ki, Avroliqa iddiası var".

Hacıyev qapıçı Kamran Ağayevin zədəli olduğunu söyləyib: "Kamran barmağından zədə alıb. Ona görə hazırlıqdan kənarda qalmışdı, yoxlama oyunlarında da iştirak etmədi". //Report