Millimizin üzvü üçün 90 dəqiqə və sarı vərəqə...

 04:17 14.09.2021     310

Polşa çempionatında 7-ci turun oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) bu turda  səfərdə “Qurnik”lə (Lençna) qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, oyunastart heyətdə başlayıb və sonadək mübarizə aparıb. 23 yaşlı müdafiəçi 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

“Visla” hazırda 7 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb. //Qol.az