"Kəpəz"dən qazilərə jest

 19:15 14.09.2021     177

Bu gün yeni mövsümdə ilk oyununu keçirən I Divizion klubu "Kəpəz" "Qəbələ-2" ilə oyundan əvvəl gözəl jest edib.

Redaktor.az xəbər verir ki, oyunda topa ilk zərbəni qazilər vurub.

Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və sadiq azarkeşlər Sərxan Yolçuyev ilə Tural Xanəliyev tamaşaçıların alqışları ilə meydanın mərkəzində topa ilk toxunuşu ediblər.

Qeyd edək ki, hazırda davam edən oyunda hesab açılmayıb. //Fanat.az