"Qarabağ" "Bazel"lə oyundan əvvəl məşqə çıxdı

"Qarabağ" komandası Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu öncəsi son məşqinə çıxıb.
Redaktor.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Məşqdə zədəli Bədavi Hüseynov ə Elvin Cəfərquliyev iştirak etməyib. Zədəsini yenicə sağaldan Rahil Məmmədov isə fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq. //Report