"Beşiktaş" evdə uduzdu - Çempionlar Liqası

 00:11 16.09.2021     391

UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turun növbəti oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya Dortmund” komandasını qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dortmund təmsilçisinin heyətində Djud Bellinqhen və Erlinq Holanda, meydan sahiblərinin isə Fransisko Montero fərqləniblər.

Gecənin digər erkən başlayan görüşündə Moldovanın “Şerif” klubu öz meydanında Ukraynanın “Şaxtyor Donetsk” komandasını 2 cavabsız qolla məğlub edib.