"Neftçi" - "Keşlə" görüşü üçün hakim təyinatları

 15:55 18.09.2021     285

Azərbaycan Premyer Liqasının 4-cü turunda sabah keçiriləcək "Neftçi" - "Keşlə" oyunu üçün hakim təyinatları açıqlanıb.

Redaktor.az PFL-in saytına istinadən xəbər verir ki, matçı Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək görüş saat 18:30-da başlayacaq.