“Qalatasaray” son dəqiqələrdə bir xalı əldən verdi

 20:35 19.09.2021     1153

Türkiyə Super Liqasının beşinci turunda çempionluğa iddialı “Qalatasaray” Türk Telekom stadionunda “Alanyaspor”u qəbul edib.

Redaktor.az xəbər verir ki, “Aslanlar” öz azarkeşləri qarşısında son dəqiqələrdə buraxdıqları qolla məğlub olub - 1:0.

Matçın 87-ci dəqiqəsində “Alanyaspor”lu Daniel Kandias fərqlənərək komandasının qələbəsini təmin edib.

Beləliklə də, “Cim-Bom” bu nəticədən sonra lider “Beşiktaş”dan 5 xal geriyə düşüb. //Oxu.az