Türkiyə millisi Avropa çempionu oldu

 01:20 20.09.2021     1864

Polşanın Krakov şəhərində keçirilən Avropa Amputasiya olunmuşların Futbol Çempionatının qalibi Türkiyə millisi olub. 

Redaktor.az xəbər verir ki, "Ay-ulduzlular" final görüşündə İspaniya yığması ilə görüşüblər.

Bu görüşdə açıq üstünlüyü hiss olunan Türkiyə komandası 6:0 hesabı ilə qalib gəlib.