Silahlı şəxslər məşhur futbolçunu qarət etdilər

 18:17 21.09.2021     100

Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.

Redaktor.az-ın məlumatına görə, hadisə 48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə San-Kaetano rayonundan keçərkən baş verib.

3 nəfər silahlı şəxs onu dayandırmaq üçün əvvəlcə maşına daş atıblar. Ardınca isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5 600 avro pulunu və mobil telefonunu götürüblər.

Həmin vaxt yoldan keçən sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.

Qeyd edək ki, Roberto Ayala 2000 - 2007-ci illərdə İspaniya "Valensiya"sında 200-dən çox oyun keçirib. O, "yarasalar"ın heyətində La Liqa çempionluğunu və UEFA Kubokunu qazanıb. Ölkəsində "River Pleyt", İtaliyada "Napoli" və "Milan" klublarının da formasını geyinən veteran müdafiəçi 2018-ci ildən Argentina millisində Lionel Skaloninin köməkçisi vəzifəsində çalışır. //Report