Levandovskiyə “Qızıl buts” mükafatı təqdim olundu

 18:36 21.09.2021     103

“Bavariya”nın hücumçusu Robert Levandovskiyə “Qızıl buts” mükafatı təqdim olunub. 

Redaktor.az xəbər verir ki, bununla bağlı xarici KİV-lər məlumat yayıb.

R.Levondovski bu mükafata layiq görüldüyü üçün çox xoşbəxt olduğunu bildirib: “Çox xoşbəxtəm. Bu, böyük bir şərəfdir. Ailəmə, komanda yoldaşlarıma, məşqçilər korpusuna təşəkkür etmək istəyirəm. Onların dəstəyi olmasaydı, bu cür mükafatları qazana bilməzdim. İdmanda, həyatda olduğu kimi, bir–birinə dəyər vermək, dəstək olmaq və başqalarına nümunə olmağa çalışmaq çox vacibdir. Bu səbəbdən bu mükafatı hər gün yanımda olan bütün insanlara həsr edirəm”.

Qeyd edək ki, "Qızıl buts" hər il bir mövsüm ərzində Avropa çempionatlarının ən çox qol vuran oyunçusuna verilir. R.Levondovski ötən mövsüm Bundesliqada 29 oyunda 41 qol vurub və karyerasında ilk dəfə Avropanın ən yaxşı bombardiri seçilib. //AZƏRTAC