Formula 1 Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı

 11:19 22.09.2021     140

Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimi məlum olub.

Redaktor.az xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, ilk yarış martın 20-də Bəhreyndə keçiriləcək.

Mövsüm noyabrın 20-də Abu-Dabidə yekunlaşaçaq. Azərbaycan Qran-Prisi isə iyunun 12-də təşkil olunacaq.

Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır.