Kuman etiraf etdi: “Messi nöqsanlarımızı örtürdü”

 19:38 22.09.2021     300

“Barselona”nın baş məşqçisi Ronald Kuman, hazırda PSJ-də çıxış edən Lionel Messi ilə bağlı fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, “o, klubun bütün problemlərini nümayiş etdirdiyi keyfiyyəti və səmərəliliyi oyunu ilə örtürdü. O, bu qədər yaxşı idi, hər zaman qalib olurdu. Əlbəttə Lionelin ətrafında həmişə yaxşı oyunçular olub, lakin həlledici rolu məhz özü oynayırdı. Onun fonunda hər kəs pis görünür. Bu digərlərinin tənqidi deyil, sadəcə müşahidələrimdir. “Barselona”ya keçməzdən əvvəl Messinin yaxşı olduğunu bilirdim, amma hər gün onun oyununu izləmək əsl zövq idi. O, həmişə faydalı idi, artıq hərəkətlərə yol vermirdi”, - deyə niderlandlı futbol mütəxəssisi bildirib.

Xatırladaq ki, “Barselona”dan ayrılan Lionel Messi Fransanın PSJ klubu ilə iki illik müqavilə imzalayıb.