"Qalatasaray" böyük hesabla uduzdu

 00:50 23.09.2021     248

Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.

Redaktor.az xəbər verir ki, növbəti oyun günündə 3 qarşılaşma keçirilib.

"Başakşəhər”  “Qaziantep”in müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub. “Qalatasaray” isə “Kayserispor”la səfər oyununda böyükhesablı məğlubiyyətə üzülüb. “Göztəpə” də “Hatayspor”la ev oyunundan məğlub ayrılıb.

22 sentyabr

"Qaziantep" – "Başakşəhər" - 1:0
Qol:
 M.Dəmir, 1.

"Kayserispor" – "Qalatasaray" - 3:0
Qol:
 Tiam, 39; 53-pen. Bassan, 45.

"Göztəpə" – "Hatayspor" - 0:2
Qol:
 Diuf, 35; 78.

Türnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. "Hatayspor" və "Trabzonspor" 13 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. "Qalatasaray" isə 8 xalla 11-cidir. //Qol.az