Ronaldu məşqə 300 minlik avtomobili ilə gəldi - FOTO

 19:44 23.09.2021     270

"Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu (Cristiano Ronaldo) bugünkü məşqə yeni "Bentley Flying Spur"la gəlib.

Redaktor.az xəbər verir ki, avtomobilin qiyməti təxminən 300 min avrodur.

Xatırladaq ki, MY-ya qayışından sonra Ronaldu çıxış etdiyi hər oyun qol vurub. "Qırmızı şeytanlar" növbəti oyununu sentyabrın 25-i "Aston Villa" klubuna qarşı keçirəcək. //Fanat.az

2