"Formula 1": Hemilton öz bolidi ilə mexaniki vurdu

 20:44 24.09.2021     94

"Formula 1" üzrə yeddiqat dünya çempioni Lüis Hemilton Rusiya Qran-prisi zamanı xoşagəlməz hadisənin iştirakçısı olub.

Redaktor.az-ın məlumatına görə, "Mercedes"in britaniyalı pilotu günün ikinci sərbəst yürüşündə boksa daxil olarkən bolidlə mexaniki vurub. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Hemilton test yürüşünü ikinci pillədə bitirib.

Qeyd edək ki, bu gün start götürən və Soçidə keçirilən Rusiya Qran-prisi sentyabrın 26-da başa çatacaq. //Report