Ronaldu futbolçu olmasaydı, nə olardı? - Anası açıqladı

 21:14 24.09.2021     257

Kriştianu Ronaldunun anası Dolores Aveyro oğlu ilə bağlı maraqlı açıqlamalar verib.

Redaktor.az xəbər verir ki, xanım Aveyro çox çətin günlər keçirdiklərini və pulsuz qaldıqlarını bildirib.

"Pulsuz çox günlər yaşadıq. Çətin idi. Kriştianu futboldan uzaqlaşmaq nöqtəsinə gəldi. Həmişə "Sənə ev və maşın alacam" deyirdi və dediyini elədi. Futboldan getsəydi, böyük ehtimalla divar ustası olardı. Amma dünyanın ən yaxşı divar ustası ola bilməzdi. Çünki hər kəsin doğru bir işi var. Mən gəncliyimdə çox işləməyə məcbur idim, səbət düzəldib çatırdım, gündə 130 səbət düzəltdiyim vaxtlar olub. İndi həyatımın ən gözəl sevgisi nəvələrimdir. Onların yanında özümü 10 yaşımda hiss edirəm" deyə Dolores Aveyro bildirib.