Azərbaycan cüdoçusu yarımfinala yüksəlib - Zaqreb Qran-prisi

 16:20 25.09.2021     253

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə mübarizəya başlayıb.

Redaktor.az-ın məlumatına görə, 73 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yonatan Elbaz, növbəti mərhələdə isə moldovalı Petru Pelivana ipponla qalib gələrək, 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi Rumıniya təmsilçisi Aleksandru Rayku olub. Bu dəfə də ipponla qələbə qazanan Heydərov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) isə ilk görüşünü sentyabrın 26-da keçirəcək. O, 1/8 finalda polşalı Sebastian Oldakla üz-üzə gələcək. //Report