"Arsenal"dan inamlı qələbə

 00:44 27.09.2021     443

Sentyabrın 26-da futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı turun mərkəzi qarşılaşması keçirilib.

Redaktor.az xəbər verir ki, “Emireyts” stadionunda iki London təmsilçisi - “Arsenal” öz meydanında “Tottenhem” komandasını qəbul edib.

Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Meydan sahiblərinin heyətində Emil Smit-Rou, Pyer Abameyanq, Bakayo Saka, qonaqların isə Son Xın-Min fərqləniblər.

Qeyd edək ki, hər iki komanda 10 xalla, doqquzuncu və onuncu yerləri bölüşürlər.