"Barselona" rəqibini darmadağın etdi

 01:44 27.09.2021     447

İspaniya La Liqasında 7-ci turu çərçivəsində "Barselona" bu gün öz meydanında "Levante" ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, görüş Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Levante" - 3:0

Qollar: Depay, 6, De Yonq, 14, Fati, 90+1

Bu nəticədən sonra "Barselona" 12 xalla 6-cı, "Levante" 4 xalla 17-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 17 xalla "Real Madrid" başçılıq edir.