UEFA geri çəkildi

 09:27 28.09.2021     144

UEFA İspaniyanın "Barselona" və "Real Madrid", eləcə də İtaliyanın "Yuventus" klublarına qarşı Avropa Super Liqasının təşkili ilə əlaqədar araşdırmaları dayandırıb.

Redaktor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa layihəsi səbəbindən qanunvericilik bazasının mümkün pozuntusu qüvvədən düşmüş sayılıb. Nəticədə işin icraatı sanki ümumiyyətlə açılmayıbmış kimi, nəticə vermədən ləğv edilib.

Qeyd edək ki, "Real Madrid", "Barselona" və "Yuventusla yanaşı, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da turnirdə iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina etmişdi.