Çempionlar Liqasında qrup mərhələsinin ikinci turu başlayır

 12:34 28.09.2021     205

Sentyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start veriləcək.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə dörd qrupda səkkiz qarşılaşma keçiriləcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” klubu Niderlandda “Ayaks”ın qonağı olacaq. C qrupunun digər görüşündə Almaniyanın “Borussiya Dortmund” və Portuqaliyanın “Sportinq” klubları üz-üzə gələcək.

Günün mərkəzi qarşılaşması Fransada keçiriləcək. “Paris Sen-Jermen” İngiltərə çempionu “Mançester Siti”ni qəbul edəcək. A qrupunda “Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) qarşılaşması da maraqla gözlənilən oyunlardandır.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

“Paris Sen-Jermen” (Fransa) – “Mançester Siti” (İngiltərə);

“Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika).

Qrupdakı vəziyyət: “Mançester Siti” - 3, “Paris Sen-Jermen” - 1, “Brügge”- 1, “Leyptsiq”- 0.

B qrupu

“Milan” (İtaliya) – “Atletiko Madrid” (İspaniya);

“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə);

Qrupdakı vəziyyət: “Liverpul” - 3, “Atletiko Madrid” - 1, “Portu”- 1, “Milan”- 0.

C qrupu

“Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə);

“Borussiya Dortmund” (Almaniya) – “Sportinq” (Portuqaliya).

Qrupdakı vəziyyət: “Ayaks”- 3, “Borussiya Dortmund” - 3, “Beşiktaş” - 0, “Sportinq”- 0

D qrupu

“Şaxtyor Donetsk” (Ukrayna) – “İnter” (İtaliya);

“Real Madrid” (İspaniya) – “Şerif” (Moldova).

Qrupdakı vəziyyət: “Şerif” - 3, “Real Madrid” - 3, “İnter”- 0, “Şaxtyor” - 0.

Qeyd edək ki, “Şaxtyor” – “İnter” və “Ayaks” – “Beşiktaş” matçları Bakı vaxtı ilə saat 20:45-də, digər görüşlər isə 23:00-da başlayacaq.