Messi PSJ üçün ilk qolunu vurdu - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində günün mərkəzi qarşılaşması Fransada keçirilib.
Redaktor.az xəbər verir ki, “Paris Sen-Jermen” (PSJ) öz meydanında İngiltərə çempionu “Mançester Siti”ni qəbul edib.
Matç PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 8-ci dəqiqədə İdrissa vurub. 74-cü dəqiqədə Lionel Messi mükəmməl qola imza atıb. Bu, Messinin PSJ-nin heyətində ilk qolu kimi tarixə düşüb.
T.İSMAYIL





